Başda Azərbaycan olmaqla, bütün qardaş-bacılarımızın 6 fevral zəlzələlərindən sonra göstərdikləri köməyi əsla unutmayacağıq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
“İnşallah, biz də onların qara günlərində, bizə ehtiyac duyduqları hər anda, qarşılıq gözləmədən qardaşlarımızın imdadına yetişəcəyik. Dildə, fikirdə, işdə birlik deyən mərhum Qaspıralı İsmail bəyin xəyalını gerçəkləşdirmək üçün birlikdə çalışacağıq”, - deyə o vurğulayıb.