12:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlət basçısı Prezident İlham Əliyevin uzun illər ərzində düşünülmüş və məqsədyönlü siyasəti ölkəmizin 44 günlük Vətən müharibəsində qələbəsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təmin etdi. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülməkdədir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva bu gün parlamentin iclasında 2025-ci ilin büdcə zərfi ilə bağlı çıxışı zamanı deyib.

Deputat bildirib ki, dövlət başçısının ilk gündən qəbul etdiyi uzunmüddətli strategiyaların, dövlət proqramlarının və milli fəaliyyət planlarının uğurlu icrası respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinə, əhalinin rifahına xidmət edir: “Azərbaycanın sabit və təhlükəsiz şəraitdə hərtərəfli inkişafı, iqtisadi rəqabət qabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı dövlətlərindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi dövlət başçısının məqsədyönlü siyasətinin əyani təzahürüdür.

“Bəli, bütün istiqamətlərdə uğurla inkişaf etdirilən “Böyük Qayıdış” siyasəti dövlət siyasətimizin aparıcı istiqamətlərindən birini təşkil etməkdədir. Sözsüz ki, Böyük Qayıdışa dair Dövlət Proqramında müəyyən edilmiş mühüm tədbirlərin icrası üçün maliyyə təminatının yaradılması əsas prioritet kimi nəzərdə tutulub”, - deyən millət vəkili əlavə edib ki, 2025-cü il dövlət büdcəsi haqqında qanun layihəsinə daxil olan bir çox məsələlər günün tələblərinə uyğun müəyyən edilib. Lakin həll olunması arzu olunan bəzi məsələlər də vardır ki, onların aradan qaldırılması və gələcəkdə büdcədən bu sahəyə də vəsaitin ayrılmasına ehtiyyac duyulur.

Sevinc Fətəliyeva millət vəkili seçildiyi ərazi üzrə bir neçə məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb: “Hövsan – şəhər tipli qəsəbədir, eləcə də əhali baxımından həmin ərazidə artım nəzərə çarpacaq dərəcədə hiss olunur. Qəsəbədə poliklinikanın mövcud olmasına baxmayaraq, əhalinin sağlamlığının tam təmin olunması və əhalinin mənmunluğu baxımından müasir tipli yeni xəstəxananın tikintisinə ehtiyac var. Dövlətimiz tərəfindən təhsilə göstərilən qayğı danılmazdır. Gənclərin təhsili və onların gələcəyinin təmini dövlət siyasətinin prioritetidir. Arzu olunandır ki, Hövsan qəsəbəsində 118 saylı orta məktəbdə, Yeni Suraxanı qəsəbəsində 316 saylı orta məktəbdə şagird sıxlığının olmasını nəzərə alaraq, əlavə tədris korpusları, Hövsan qəsəbəsinin Quşçuluq Sovxozu yaşayış sahəsində isə yeni məktəb binası tikilsin. Eyni zamanda, Hövsan və Yeni Suraxanı qəsəbəsində mövcud, lakin yarasız vəziyyətdə olan uşaq bağçalarının sökülüb müasir tipli bağçalarla əvəzlənməsinə ehtiyac duyulur. Baxmayaraq ki, son dövürlərdə millət vəkili seçildiyim ərazidə asfalt örtüyünün çəkilşinə mütamadi olaraq diqqət ayrılır, lakin kanalizasiya probleminin mövcudluğu digər məsələlərin vaxtında aradan qaldırılmamasına səbəb olur və əhali arasında narazılıq yaradır. Suraxanı rayonunda mövcud olan kanalizasiya şəbəkəsinin yenidən qurulması, təmizləyici qurğuların tikintisi, kanalizasiya şəbəkəsi olmayan sahələrində bu problemin aradan qaldırılması vacib məsələlərdəndir. Eyni zamanda mütəmadi olaraq, korroziyaya uğramış, sıradan çıxmış su xətlərinin dəyişdirilməsi və yeni su xətlərinin çəkilməsinə baxmayaraq, bütövlükdə bəzi ərazilərdə problem öz həllini tapmamışdır. Yaxşı olardı ki, daxili yolların əsaslı təmir edilərək asfaltlanması, mövcud olmayan yerlərdə kanalizasiya və su şəbəkələrinin qurulması nəzərdən kənarda qalmasın”.

Qeyd olunan problemlərin aradan qaldırılması üçün büdcədə həmin sahələrin nəzərə alınmasını xahiş edən millət vəkili gələn ilin büdcə lahiyəsini dəstəklədiyini vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər