İspaniyada koronavirusun sürətlə yayılmasının qarşısını almaq üçün iki muxtar administrasiya sosial məsafənin saxlanılması mümkün olmayan açıq hava altındakı ictimai yerlərdə siqaret çəkmək qadağasını tətbiq edib.
Teleqraf.com xəbər verir ki, İspaniyanın 17 muxtar administrasiyasından biri olan Qalisiyada başlayan aksiyaya Kanar adaları da qoşulub.
Maska taxılması vacib olan açıq ərazilərdə insanlar siqaret çəkdiyi üçün səhiyyə işçiləri bu təklifi irəli sürüblər. Qərarla siqaret çəkmək təkcə küçə və parklar kimi ictimai yerlərdə deyil, restoran və kafelərin terraslarında da keçərlidir.
Ölkə rəhbərliyi vətəndaşların evdən çıxan kimi maska taxıb, sosial məsafəni qorumaqla virusun yayılmasının qarşısını almaqda kömək olacaqlarını bildiriblər.
Qalisiya və Kanar adalarından sonra Kataloniya, Madrid, Asturias, Valensiya, Kantabria, Kastilla La Mança və Kastiliya-Leon kimi digər muxtar bölgələr siqaret qadağasının tətbiqi ilə bağlı işlərə başladıqlarını elan ediblər.