Təhsil naziri Emin Əmrullayev yeni müşavir təyin edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, bu barədə nazir müvafiq əmr imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev təhsil nazirinin müşaviri vəzifəsində çalışacaq.
Xatırladaq ki, Rüstəm Ağayev 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri vəzifəsinə təyinat almazdan əvvəl Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin rəhbəri vəzifəsində işləyirdi.