28 Avqust 2020 15:49
2 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak etdiyi üçün cərimələnən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fəaliyyətini dondurması barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman aparatının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Ombusdman hazırda iş yerindədir, fəaliyyətini dayandırmayıb. Gündəlik olaraq ünvanımıza daxil olan müraciətləri də icraata götürürük. Müraciətlər qanuna müvafiq surətdə araşdırılır, lazımı qurumlara göndərilir.

Həm əməkdaşlarımız, həm də ombudsman bilavasitə özü onlayn maarifləndirmə tədbirlərində, görüşlərdə, vebinarlarda iştirak edir".

Qurumun saytında məlumatların yenilənməməsi məsələsinə gəlincə, mətbuat xidmətindən bildirilib ki, sayta qoyulan materialların tərcümə prosesi vaxt aldığı üçün son həftə saytda hər hansı məlumat yerləşdirilməyib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər