COVID-19 peyvəndi onkoloji və immun sistemini zəiflədən dərmanlar qəbul edən xəstələr üçün qadağandır.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı immunoloq Vladislav Jemçuqov açıqlayıb.
O bildirib ki, bəzi xəstəlik daşıyıcılarına koronavirus peyvəndi vurmaq olmaz:
"Ancaq ortada qəribə vəziyyət yaranıb. Bir tərəfdən peyvənd tələbi var, digər tərəfdən bu vaksin vurulmamalıdır. Hər halda son qərarı xəstəni müalicə edən həkim verəcək”.
Mütəxəssis qeyd edib ki, COVID-19 peyvəndi iltihab, otoimmün xəstəlikləri, lupus eritematozu (kəpənək xəstəliyi) və hematoloji xəstəlikləri olanlara heç cür tətbiq edilə bilməz.