15 Oktyabr 2020 10:37
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın biotexnologiya şirkəti olan “Vaxart” tablet formasında koronovirus peyvəndinin sınaqlarına başlayıb.

Teleqraf.com xəbər verir ki, "VXA-CoV2-1" adlı COVID-19 peyvəndinin sınaqlarının 2021-ci ildə yekunlaşması gözlənilir.

Birinci mərhələdə peyvəndin klinik sınaqlarında 18-54 yaş arasında 48 könüllü iştirak edəcək. Sınaq mərhələsinə qoşulanlara 28 gün müddətində peyvənd tabletləri veriləcək.

Qeyd edək ki, bundan əvvəl Çinin sprey formasında hazırladığı koronovirus peyvəndinin sınaq mərhələsinə icazə verilmişdi. Peyvəndin kütləvi istifadəyə verilməsi üçün 3 mərhələdə insanlar üzərində sınaqdan keçirilməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, 2 oktyabr tarixinə COVID-19-a qarşı 42 peyvənd namizədi klinik sınaqlarda, 151 peyvənd namizədi isə klinik sınaqlardan əvvəl qiymətləndirmə mərhələsindədir.

Klinik sınaqlardan keçmiş peyvəndlərdən 10-u üçüncü mərhələdə, 14-ü ikinci mərhələdə, 18-i birinci mərhələdədir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər