24 Dekabr 2020 13:45
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Sağlamlıq İnstitutunun tədqiqatçıları COVID-19 virusunun müalicəsində yeni bir ilkə imza atıblar.

Teleqraf.com xəbər verir ki, tədqiqatçılar koronanın müalicəsi üçün lamadan aldıqları "Cormac" adlı nano antikorlarını sınaqdan keçiriblər.

Aparılan tədqiqat lamadakı nano antikorların COVID-19-a qarşı təsirli olduğunu aşkarlayıb. Həmin antikorlardan insanlar üçün burun və ya astma spreyi kimi istifadə etmək olar.

Tədqiqatı aparan elm adamları bildiriblər ki, lama, alpaka və dəvə kimi heyvanlarda tapılan "NIH-CoVnb-112" antikorları insan antikorlarına nisbətən kiçik, həm də 10 qat güclüdür.

Laboratoriya təcrübələri göstərir ki, “Cormac” adlı lamadan alınan nano antikor COVID-19-a səbəb olan SARS-CoV-2 zülalına yapışaraq onu təsirsiz hala gətirir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər