Çin Səhiyyə Təşkilatı COVID-19 virusunun mənşəyini araşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) nümayəndə heyətinin ölkəyə gəlişinə razılıq verib.
Teleqraf.com xəbər verir ki, ÜST-ün tədqiqat qrupunun bu həftə Çinə səfəri gözlənilir.
ÜST-ün komandasının ötən həftənin çərşənbə günü Çinə səfəri planlaşdırılırsa da, yerli hökumət heyətin növbəti həftə gəlməsini təklif edib. Qurumun baş direktoru Tedros Gebreysus Çinin bu davranışından məyus olduğunu bildirib.
Qeyd edək ki, Çin ÜST-ün bu ölkədə araşdırma aparmasına müxtəlif vaxtlarda mane olub.
ÜST qrupu Çinə gəlişi ilə əlaqədar Uhan şəhərində tədqiqata başlamazdan əvvəl iki həftə sərt karantində qalmalıdır.
Xatırladaq ki, indiyə qədər ÜST nümayəndə heyətinin Çinin bölgələrindəki fəaliyyəti ilə bağlı dəqiq bir proqram verilməyib. Çin 12 fevraladək 50 milyon vətəndaşı peyvənd etməyi planlaşdırır.