13 Yanvar 2021 14:27
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Antibiotiklərin aptek şəbəkəsində reseptsiz satışına qadağa qoyulmalıdır. Hazırda apteklərlə ərzaq mağazalarının heç bir fərqi yoxdur. Təəssüf ki, bu, faciəli hallara gətirib çıxarır.

Teleqraf.com xəbər verir ki, bu fikirləri professor Adil Qeybulla antibiotiklərin əks təsiri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, antibiotiklərin reseptsiz satılması qeyri-qanunidir:

"Xəstələr bəzən onun-bunun məsləhəti ilə əllərdə gəzən, əsassız reseptlərlə, məsuliyyətsiz adamların tövsiyələri əsasında hərəkət edir, özbaşına antibiotik alırlar. Bəzən bu antibiotikləri aptekin özündə məsləhət görürlər. Məsələni araşdırsaq, xeyli qeyri-qanuni məqamlar ortaya çıxar".

Professor bildirib ki, ev şəraitində antibiotik vurdurmaq çox təhlükəlidir: "Antibiotiklərin bəziləri anoflaktik reaksiya verə bilər. Anoflaktik şok zamanı xəstəni vəziyyətdən çıxarmaq olmur. Evdə əl altında heç nə yox, belə xəstələr xəstəxanada olmalıdır.

Antibiotiklərin bu şəkildə satılması qətiyyən düzgün deyil və təhlükəlidir. Biz antibiotiklərin əks təsirini tez-tez müşahidə edirik, xəbərdarlığımızı çatdırırıq, amma nəticə yoxdur. Çünki müvafiq qanun, qərar yoxdur.

İnsanların sağlamlığı bu cür məsuliyyətsiz insanların təhlükəsi altındadır. Qaydalar tətbiq edilməli, dərman vasitələrinin dövlət reyestri olmalıdır. Dərmanların dövriyyəsi ilə bağlı çox ciddi nəzarət sistemi yaradılmalıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər