25 Yanvar 2021 17:03
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus xəstələrinin müalicəsi zamanı və sonradan fəsadlaşmanın profilaktikası üçün reabilitasiya önəmli yer tutur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında infeksionist İlhamə Abbasova deyib.

Onun sözlərinə görə, COVİD-19 infeksiyası bir çox orqanların zədələnməsinə səbəb olur:

“Koronavirusun ən çox zədələdiyi orqan ağciyərdir. Xəstələrin 45-50 faizi bu infeksiyanı yüngül keçirirlər, buna baxmayaraq onlarda da sonradan bəzi orqanlarda fəsadlar meydana çıxa bilir. Koronavirus xəstələrinin sağaldıqdan sonra reabilitasiya önəmli yer tutur.

Reabilitasiyanın məqsədi qan dövranını yaxşılaşdırmaq, tənəffüsdə iştirak edən əzələlərin funksiyalarını gücləndirməkdir.

Koronavirus xəstələrinin reabilitasiyasında tənəffüs gimnastikası, aktiv həyat tərzi, yürüş əsas yer tutur. Tənəffüs gimnastikası zamanı ağciyərin ventilyasiyası yaxşılaşır, tənəffüs asanlaşır. Gün ərzində 30 dəqiqədən 1 saata kimi yürüş qan dövranını yaxşılaşdırır.

COVID-19 xəstələrinin xəstəlikdən sağaldıqdan sonra əzələ, oynaq ağrıları, halsızlıq, əzginlik, subfebril temperatur kimi şikayətləri olur”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər