2 Fevral 2021 19:10
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial həyatın ayrı-ayrı sahələrində yumşalma tədbirlərinin aparılması təbiidir. Artıq vaksinasiya da start götürüb. Peyvəndləmədən təxminən 42 gün sonra immunitet formalaşmağa başlayır. Fikrimcə, vaksinasiya lazımı səviyyədə getsə effekti olacaq. Onu da nəzərə alaq ki, xeyli insanda kollektiv immunitet formalaşıb.

Bu sözləri Teleqraf.com-a professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qaydalara riayət edildiyi təqdirdə vaksinasiyanın köməyi ilə müsbət nəticələrə nail ola bilərik: "Lakin peyvənd olunanlar da bilməlidirlər ki, təkcə vaksinasiya ilə iş bitmir. Yoluxma sayında azalma və karantin rejiminin yumşaldılması heç kəsdə arxayınlıq yaratmamalıdır.

Hələlik karantin davranışlarına riayət etmək şərtdir. Maska taxmaq, sosial məsafə gözləmək, əllərin dezinfeksiyası olunması hamıya aiddir. Pandemiyanın "son zəng"inə qədər bu proses davam edəcək. Düşünürəm ki, bu şərtlərə əməl etsək, daha tez uğura nail ola bilərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər