13 Fevral 2021 09:16
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya ilə mübarizə tədbirləri davam edir. İstənilən halda epidemioloji vəziyyətin stabilləşməsinə güvənməməliyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri professor Adil Qeybulla açıq havada maska haqqında danışarkən deyib.

Onun sözlərinə görə, vaksinasiya başlasa da, nəticələri ayyarım sonra məlum olacaq: "Yalnız bu müddətdən sonra immunitetin tam formalaşma prosesi başa çatacaq. Ona görə də açıq havada maskasız gəzmək yoluxma təhlükəsinə səbəb ola bilər. İnsanlar avtobus dayanacaqlarında dayanırlar, kafe və restoranların qarşısına yemək sifarişi verən zaman növbələr yaranır. Bu hallar yoluxma riskinin artmasına səbəbdir.

Dənizkənarı bulvar kimi yerlərdə məsafə gözləmək şərtilə maskasız gəzmək mümkündür. Amma açıq havada maska taxmaq ikinci dalğanın çox sərt olması səbəbilə məcburi elan edildi. Hesab edirəm ki, bu qərarı birdən-birə aradan qaldırmaq mümkün deyil. Yoluxma sayı azalır, epidemioloji vəziyyət tam stabilləşməyib. Sonrakı müddətdə bununla bağlı qərarın verilməsi daha düzgün olardı".


Müəllif: Aysel Azad