22 Fevral 2021 15:38
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vətən uğrunda əlini, ayağını, barmağını, lap elə barmaq ucunu itirən şəxslərə münasibət də, müavinət də, pensiya da fərqli olmalıdır. Eyni zamanda ayağını topudadan yuxarı, dizdən yuxarı, bud-çanaq oynağından yuxarı itirənlər arasında da fərq olmalıdır”.

Teleqraf.com xəbər verir ki, Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov bu fikirdədir.

O hesab edir ki, bu yanaşma tibbi nöqteyi-nəzərdən mübahisə doğurmur: “Əlillik kriteriyaları dəyişən zaman da bu fərqləndirmə qalacaq. Sadcə insanın əmək qabiliyyətini itirmə göstəricilərini nisbətən daha dəqiq müəyyənləşdirmək mümkün olacaq.

Heç kəsə hansısa əlamətinə, eyni sağlamlıq durumuna görə fərqli dərəcə (faiz və s.) müəyyən edilə bilməz. Bu halda müavinət, pensiya və digər ödəniş, müalicə xərci, reablitasiya imkanları fərqli ola bilər. Avtoqəzada eyni dərəcədə xəsarət alanla vətən uğrunda döyüşdə xəsarət alanı belə fərqləndirmək mümkündür.

Yeri gəlmişkən, istehsalatdan bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarında peşə əmək qabiliyyətini itirənlər həm şığorta şirkətindən (və ya işəgötürəndən) kompensasiya alır, həm də DSMF-dən pensiya.

Bizdə müharibədə əlillik alan qazilərimizə əlillik dərəcəsinə uyğun pensiya ilə yanaşı müavinət də verilir. Amma pensiyanın özü ilə bağlı nə isə fikirləşmək pis olmaz”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər