28 Fevral 2021 18:08
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnformasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış, abonentlər arasında çaşqınlıq yaradan məlumatlar dogru deyil və həqiqəti əks etdirmir".

Teleqraf.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin yaydığı məlumatda qeyd edilir.

"Azərişıq" istehlakçıları belə məlumatlara inanmamağa çağırır:

"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vaxtda və yerdə rahatca ödənişlərini apara bilərlər".


Müəllif: Teleqraf.com