1 Mart 2021 16:09
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaksinasiya bu gün son dərəcə vacib məsələdir. Peyvənd infeksion xəstəliklərlə mübarizədə elmin nail olduğu ən böyük uğurlardan biridir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, vaksin vurulmuş şəxslərə mütləq immunizasiya pasportu verilməlidir: “İstənilən adama vaksin vurulduqda, hətta uşaq vaxtından onun immunizasiya pasportuna qeyd olunur. Bu pasport həmin şəxsin peyvənd vurduğu barədə məlumatdır. Bu təcrübə xarici ölkələrdə də tətbiq olunur. Viza aldıqda, başqa ölkələrə səyahət edilən zaman bu pasportdan istifadə olunacaq.

Avropa İttifaqı ölkələri vaksin pasportunun tətbiqinə başlayıblar. Qurum peyvənd olmayan şəxslərin ittifaq ərazisinə buraxılmayacağı haqda məlumat yayıb. İstisna deyil ki, bu təcrübədən ittifaqa daxil olmayan ölkələr də istifadə edəcək”.

Adil Qeybulla qeyd edib ki, peyvənd vurdurmaq yalnız sağlamlıq üçün yox, həm də sərbəst hərəkət, gediş-gəliş üçün də vacibdir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər