24 Mart 2021 10:20
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin yanvar-fevral ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 669,3 milyon manat təşkil edib ki, onun da 639,5 milyon manatı heyvandarlıq, 29,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Teleqraf.com xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,1 faiz, bitkiçilik məhsulları üzrə 6,2 faiz artıb.

Təsərrüfatlarda yanvar-fevral aylarında 33,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz çox tərəvəz məhsulları istehsal edilib.
2021-ci ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta istehsal edilib, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0 faiz, süd istehsalı 1,5 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb.


Müəllif: Teleqraf.com