Mütəxəssislər hər iki doza vaksini vurduran şəxslərin də Delta ştammına yoluxacağı xəbərdarlığını edirlər.
Teleqraf.com xəbər verir ki, İngiltərədə aparılan tədqiqatlar zamanı virusun mutasiyalarına görə peyvənd olunan şəxslərdə fərqli COVID-19 simptomları aşkarlanıb.
Tədqiqatın nəticələrinə görə, burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və iybilmənin itməsi kimi əlamətlər son dövrün ən çox yayılan 5 simptomu sırasındadır.
İngilis elm adamları bu simptomları olan şəxslərin vaksin vurdurub-vurdurmamasından asılı olmayaraq test olunmalarını tövsiyə edir.
Delta və Mu ştammına yoluxan şəxslərdə yüksək hərarət, titrəmə, davamlı öskürək, iybilmənin itməsi, baş ağrısı, yorğunluq, boğaz ağrısı, yaddaşın itməsi, dərinin soyulması, ağız və dildə yaraların əmələ gəlməsi, əl və ayaq barmaqlarının qızarıb ağrıması, nəfəs darlığı, sinə ağrıları, əzələ ağrıları, boğuq səs, ishal, iştahsızlıq, qarın ağrısı, burun axması, asqırma kimi əlamətlər müşahidə olunur.