Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir: “Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.