5 Dekabr 2022 15:05
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələcəyini düzgün qur” şüarı altında “Sabunçu Gənclər Evi”nin və “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin birgə təşkilatçılığı ilə forum keçirildi.

Teleqraf.com xəbər verir ki, forumda məqsəd cəmiyyətimizdə, xüsusilə gənc nəslimizin nümayəndələri arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirməkdir.

Azərbaycan gənclərini bu sahədə daha məlumatlandırmaq, onlara bu bəla ilə daha fəal mübarizə aparmaq üçün əlavə motivasiya vermək və bu istiqamətdə görülən işlərə yeni gəncləri cəlb etməkdir.

“Sabunçu Gənclər Evi”nin “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə keçirilən forumda Milli Məclisin deputatı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupundan, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsindən, Ombudsman Aparatından, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən nümayəndələr və gənclər iştirak ediblər.

Narkomaniyanın yalnız Azərbaycan üçün deyil, ümumiyyətlə, bütün bəşəriyyət üçün sosial bəlaya çevrilib. Azərbaycanın əlverişli coğrafi-strateji mövqeyindən sui-istifadə edən narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan narko-işbazlar ölkə daxilində də narkomanlığın yayılması üçün şərait yaradırlar.

Narkomanlıq kimi bəla ilə mübarizədə ciddi nailiyyətlər əldə etmək üçün qabaqlıyıcı tədbirlərin görülməsi, ilk növbədə, ailədə, məktəbdə, ali təhsil ocaqlarında maarifləndirmə işlərinin aparılması önəmlidir.

Azərbaycan cəmiyyətinin narkomanlıq və narkobiznes kimi bəlalar barədə məlumatlandırılması və maarifləndirilməsi işində məhz gənclər ən aktiv mövqedə olmalıdırlar.

Çıxışlardan sonra forumda iştirak edən gənclər, onları maraqlandıran müxtəlif suallarla bağlı cavablar aldılar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər