Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İmişli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Teleqraf.com xəbər verir ki, görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.