12 Fevral 2023 08:31
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 11-də Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar, Kürəkçayın Toğana, Gəncəçayın Zurnabad məntəqələrində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Lənkəran-Astara bölgəsindən axan Lənkərançayın Sifidor məntəqəsində 2, Təngərüdçayın Vaqo və Viləşçayın Şıxlar məntəqələrində isə suyun səviyyəsində 1 santimetr azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 163 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 95 faizinə bərabərdir. Hazırda sululuq keçən il ilə müqayisədə 20 faiz çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 2 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 29 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 41 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 16 faiz çoxdur.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 85 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 15 faizini təşkil edir. Hazırda sululuq keçən il ilə müqayisədə 37 faiz çoxdur. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 125 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 14 santimetr azalaraq 79 santimetr təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər