Azərbaycan Tibb Universitetində kadr dəyişiklikləri edilib.
ATU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, ali məktəbin elmi işlər üzrə prorektoru İbrahim İsayev və Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev vəzifələrindən azad olunublar.
Tibb Universitetinin prorektoru postuna Rauf Bəylərov, Tədris Terapevtik Klinikasının direktoru vəzifəsində isə Könül Xəlilova təyin edilib.
İlhamə ƏBÜLFƏT