8 Avqust 2016 11:05
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimi aparılır.

TQDK-dan Teleqraf.com-un sorğusuna cavabda bildirilib ki, iyulun 29-dan avqustun 8-i səhər saatlarına kimi ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına 32039 abituriyent qeydiyyatdan keçib.

Bu vaxta kimi ən çox I ixtisas qrupu üzrə - 11.984 nəfər qeydiyyatdan keçib. Onlardan 10831 Azərbaycan bölməsi, 1153 nəfər rus bölməsi üzrədir. II ixtisas qrupu üzrə 9433 nəfər qeydiyyatdan keçib. Onlardan 8321 Azərbaycan bölməsi, 1112 nəfər rus bölməsi üzrədir.

III ixtisas qrupu üzrə 8089 nəfər qeydiyyatdan keçib. Onlardan 7450 Azərbaycan bölməsi, 639 nəfər rus bölməsi üzrədir.

IV ixtisas qrupu üzrə 2533 nəfər qeydiyyatdan keçib. Onlardan 2396 Azərbaycan bölməsi, 137 nəfər rus bölməsi üzrədir.

TQDK-dan o da bildirilib ki, bu saata ali təhsil müəssisələrinə ən az qeydiyyatdan keçən abituriyentlər rus bölməsi üzrə IV ixtisas qrupu üzrədir.

TQDK-da verilən məlumata görə, ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun ixtisaslarını seçmiş abituriyentlərin sayı 1306 nəfərdir. Onlardan 1143 Azərbaycan bölməsi, 163 nəfər isə rus bölməsidir.
Qeyd edək ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimini iyulun 29-dən avqustun10-na kimi davam edəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər