Avtoqəza zamanı xəsarətdən xilas olan müğənni Mətin Hüseynzadənin (Madteen) prodüseri hadisənin təfərrüatını açıqlayıb.
İfaçının prodüseri Balkan Teleqraf.com-a bildirib ki, Mətin şok vəziyyətdədir.
"Çox danışa bilmir. Avtoyuma məntəqəsinin işçisi xəstəxanadadır, onun vəziyyəti ağırdır, komadadır, ayılmayıb. Mətin Hüseynzadənin özü də ayağını bir dəqiqə gec hərəkət elətdirsəydi, paramparça olacaqdı. Digər avtomobilin sürücüsü huşunu itirib, gözü qaralır və avtomobilini Mətin Hüseynzadənin avtomobilinə çırpır".
Qeyd edək ki, Mətin Hüseynzadə avtoyuma məntəqəsinin qarşısında olarkən anidən idarəetməni itirən avtomobil onun ağ rəngli avtomobilinə çırpılıb.