26 İyul 19:42
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Çelyabinsk vilayətinin sakini Vyaçeslav bir ildə ikinci dəfə lotereyada cekpotu qazanıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, ümumillikdə 43 milyon rubl (880 min manat) qazanıb.

Vyaçeslav ilk cek-potu 2023-cü ilin fevralında əldə edib və 41,8 milyon rubl qazanıb. O, udduğu pulla qohumlarına müxtəlif hədiyyələr aldığını deyib:

" Anama və qayınanama bir milyon rubl verdim. Həyat yoldaşıma isə maşın aldım".

Daha sonra Vyaçeslav lotereyada iştirak etməyə davam edib və həmin ilin sentyabrında ikinci dəfə cekpotun qalibi olub. Onun yeni mükafatının məbləği 1,7 milyon rubl olub.


Müəllif: Arzu

Oxşar xəbərlər