27 İyul 02:16
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə yeniyetmə övladına hirslənən ata əlinə keçən məişət əşyalarını onun başında qırıb.

Teleqraf.com xəbər verir ki, hadisə Vidadi küçəsi, 3 ünvanında baş verib. 2010-cu il təvəllüdlü şəhər sakini Teymur Yavər oğlu Bəşirov döyülərək çoxsaylı xəsarətlər alıb.

Yaralı yeniyetmə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər