15 Avqust 2016 14:41
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə az öncə şəhid ailəsinin problemlərinə həsr olunmuş daha bir qeyd paylaşıb:

“Şəhid Rəhim Tağıyevin həyat yoldaşı Vüsalə xanım Tağıyevanın müalicə məsələsi ilə bağlı Mingəçevir mərkəzi şəhər xəstəxanasının baş həkimi mənə zəng etdi.

Bildirdi ki, onun tapşırığına əsasən şəhər poliklinikasının baş həkimi şəhidin həyat yoldaşına zəng edib. O sabah poliklinikaya gələcəyini bildirib. Vüsalə Tağıyeva tam müayinədən keçiriləcək və müalicəsi nəzarətə götürüləcək. Bu barədə indicə şəhid ailəsi ilə yenə danışdım”.

***

“Bu gün mətbuatda aprel döyüşlərində şəhid olan Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyevanın bir neçə məsələ ilə bağlı müsahibəsi çıxıb. Şəhid ailəsi Mingəçevirdə yaşadığına görə dərhal Vüsalə xanımla əlaqə saxladım. Qaldırdığı məsələlərin bir qismi həll olunmaq mərhələsindədir və bu barədə ona məlumat verildi”.

Teleqraf.com xəbər verir ki, bunu sosial şəbəkədəki hesabında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə yazıb.

A.Mirzəzadə qeyd edib ki, digər məsələlərlə bağlı Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini və mərkəzi şəhər xəstəxanasının baş həkimi ilə əlaqə saxlayıb: “Şəhid statusu ilə əlaqədar bir neçə məsələnin həllinin şəhər rəhbərliyinin nəzarətində olduğunu və yaxın günlərdə həllini tapacağını bildirdilər.

Şəhər xəstəxanasından dərhal onun evinə həkim göndəriləcəyinə söz verdilər və nəticəsi barədə mənə bu gün məlumat verəcəklər. Şəhər təhsil şöbəsi şəhid ailəsinin məktəbə hazırlıq məsələsini öz üzərinə götürüb. Bütün bu məsələlər barədə şəhidin ailəsinə xəbər verildi və qarşılaşdığı istənilən problem barədə mənə müraciət etməsini xahiş etdim”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər