3 Sentyabr 2016 17:38
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Kazımovanın bu günlərdə Hamburqda keçirilən "Daf Bama Music Awards 2016” beynəlxalq mükafatlandırma mərasimindəki çıxışı ətrafında söz-söhbət səngimək bilmir.

Mətbuatda Ayügn Kazımovanın mərasimdə erməni təxribatının qarşısını alması xəbəri rezonans doğurub. Sonradan isə bəzi saytlar xalq artistini yalan danışmaqda ittiham edib.

Aygün Kazımova məsələnin kifayət qədər ciddi olduğunu, hətta təxribatın qarşısının alınması üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, İdman və Gənclər Nazirliyinin, Azərbaycanın Berlindəki səfirliyinin məsələyə qarışdığını bildirib.

Bu gün isə erməni mətbuatı Aygün Kazımova haqqında məqalə dərc edib. Materialda sənətçimizin mükafat alarkən, ingilis dilində "Çox sağ ol, Azərbaycan!”, "Çox sağ ol, Qarabağ!” deməsi erməniləri qıcıqlandırıb.

Hətta yarışda Ermənistanı təmsil edən müğənni Andre bundan bərk qəzəbləndiyini deyib: "Əvvəlcə mən səhnəyə çıxdım. Arsaxa (Qarabağ) və oradakı pərəstişkarlarıma təşəkkür etdim. Bundan sonra səhnəyə azərbaycanlı müğənni çıxdı (Aygün Kazımovanı nəzərdə tutur-red). O, mükafatını alandan sonra öz saxta Qarabağına təşəkkürünü bildirdi”.

Erməni müğənni Aygün Kazımovanın "Sarı gəlin”i oxumasından bərk əsəbləşdiyini də gizlətməyib.

"Bilirsiniz o, niyə belə etdi? Hər şey mənim məşqlər zamanı oxuduğum "Dağlar qızı” ("Sarı gəlin" mahnısını nəzərdə tutur-red) mahnısından sonra oldu. Azərbaycanlılar bu mahnını özününkü hesab edir. Həmin vaxt hiss elədim ki, o, məni izləyir. Həmin müğənni məhz bu səbəbdən mahnını ifa etdi. Onların Qarabağa təşəkkür etməsi mənə çox gülməli gəldi. Arsaxda (Qarabağda) onu tanımırlar. Nəyə görə Qarabağa, qarabağlılara təşəkkürünü bildirir?

Avropa səhnəsində Qarabağa təşəkkürünü bildirən qonşu ölkənin xalq artistini məmuniyyətlə dəvət edərdim, gəlib, Arsaxın və əhalisinin gözəlliyini görsün"- deyə Andre adlı müğənni kinayə edib.

Aygün Kazımova Teleqraf.com-a açıqlamasında məsələyə münasibət bildirib və erməni müğənnisinin səhvini düzəldib: "Əvəlla, mən "Çox sağol, Azərbaycan", "Çox sağol, Qarabağ" deməmişəm. Mən "Çox sağ ol, mənim Azərbaycanım", "Çox sağ ol, mənim Qarabağım" demişəm. Qarabağı ancaq ermənilər özlərinin saya bilərlər. Bütün dünya Qarabağı Azərbaycan torpağı kimi tanıyır və qəbul edir. Qarabağ mənimdir, bizimdir.

Mən Qarabağ döyüşlərində iştirak edən, ermənilərə atəş açan qadınam. Mən belə haqsızlığa heç yerdə susa bilməzdim. Yenə olsa, yenə onların təxribatının qarşısını alacağam".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər