"Bu ildən magistrlara hərbi möhlət hüququnun verilməsi ali təhsil müəssisələrinə çox böyük kömək oldu. Bu, uzun müddət ali təhsil müəssisələri rəhbərlərini narahat edən məsələ idi".
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərəmov AMEA-da keçirilən II Elm Festivalında deyib.
Rektor bildirib ki, magistrlara verilən möhlət hüququ təhsildə varislik, ardıcıllıq prinsipini qorumağa hesablanıb.
Abel Məhərrəmov ali təhsil müəssisələri ilə akademiya institutları arasındakı əlaqələrdən də danışıb: “Ali təhsil müəssisələri və akademiyaların institutları arasında inteqrasiya olmalıdır. Biz gücümüzü birləşdirməliyik. Son iki ildə Təhsil Nazirliyi ilə universitetlər arasında əlaqələr də gücləndirilib. Hesab edirəm ki, bütün ixtisaslar üzrə alimlər haqqında xüsusi nəşrlər hazırlanmalıdır. Bu, alimlərin tanınması üçün daha yaxşıdır”.
Rektor son illər tələbərələ qarşı qoyulan tələblərə də toxunub: “4 ildə tələbə sadəcə ali təhsil almır, həm də elm adamı kimi yetişir. Bu gün tələbələrə qoyulan təlabatlar artıb. Bakı Dövlət Universitetinə qəbul olanlar 600-dən yuxarı elmi iş işləməlidir. Amma bu prosesə 600-dən aşağı bal toplayanlar daha çox maraq göstərir, nəinki daha yüksək bal toplayanlar”.