26 Aprel 2017 23:24
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin əvvəlindən etibarən Avropanın 14 ölkəsində qızılca epidemiyası barədə xəbərdarlıq edilib.

Ən çox xəstə Rumıniya və İtaliyada qeydə alınıb. Bu ölkələrdə ölüm hallarının da qeydə alındığı məlumat verilib.

Bundan başqa, qızılca epidemiyası Avstriya, Bolqarıstan, Belçika, Çexiya, Macarıstan, Fransa, Almaniya, İsveç, Portuqaliya, İslandiya, İspaniya və İsveçrədə qeydə alınıb.

Mütəxəssislərin fikrincə, bu xəstəliiyin yayılmasına səbəb əhali arasında peyvənd olunanların azalması göstərilir.
/Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər