12 May 2017 10:26
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə imtahanı zamanı öldüyü deyilən müəllimlə bağlı rəsmi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Teleqraf.com-a bildirib ki, ötən gün bir neçə media orqanında Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın (Babayeva) vəfatı ilə əlaqədar yanlış məlumat yerləşdirilib:

“Həmin məlumatda qeyd olunur ki, müəllim diaqnostik qiymətləndirmə zamanı dünyasını dəyişib. Müəllimin harda dünyasını dəyişməsindən asılı olmayaraq, biz ona Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Ancaq fakt budur ki, Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstənaya yerləşdirilib və orada vəfat edib”.

Nazirlikdən bildirilib ki, Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər