Axar.az xəbər verir ki, xəstəliyin yaranmasını çox zaman immun sistemdəki genetik dəyişiklərlə əlaqələndirirlər.
Bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır. Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurganın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar. Bu vəziyyət Bexterev xəstəliyi üçün xarakter olan “dilənçi pozası” adlanır.
Bexterev xəstəliyinin diaqnostikasında əsas rolu onurğanın rentgenoqrafiyası tutur.
Diaqnostikada aşağıdakılar mühüm yer tutur:
- 3 aydan artıq davam edən və sakitlik vəziyyətində azalmayan bel ağrıları
- döş qəfəsində ağrı və sıxılma hissi
- döş qəfəsində tənəffüs hərəkətlərinin məhdudlaşması
- onurğanın bel şöbəsində hərəkət məhdudluğu
- gözlərdə dəyişikliklər
- tipik rentgenoloji dəyişiklklər (ikitərəfli sakroileit)
İlk 5 amildən 4-ü varsa Bexterev xəstəliyi diaqnozu təsdiqlənir.
Xəstəlik mürəkkəb və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar uğurla istifadə olunur.
Biotənzimləyici terapiyanın istifadəsi həm müalicədə daha yaxşı nəticə almağa, həm də bütövlükdə orqanizmin bərpasına xidmət edir.
Qeyd edək ki, bu müalicə üsulu Bioloji Təbabət klinikasında həyata keçirilir.