Bu sözləri Teleqraf.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, "Hacı pivəsi" adlandırılan məhsullar həm ölkəmizdə, həm də xaricdə istehsal və istehlak olunur: “Azərbaycanda da istehsal olunur, ölkəyə xaricdən də gətirilir. Absurddur ki, pivə deyəsən, özü də "Hacı pivəsi". Bu, sadəcə inanclı insanları aldatmaq üçündür. Adında pivə sözü olan içki necə spirtsiz ola bilər ki?”
İlahiyyatçı Elşad Miri isə həmin pivənin tərkibində spirtin olub-olmadığını mütəxəssislərin müəyyənləşdirməli olduğunu bildirib: “Mən özüm şahidi olmuşam, Səudiyyə Ərəbistanında da müxtəlif pivə brendləri satılır. Hamısının üzərində alkoqol göstəricisi sıfırdır. İçənlərdən də soruşmuşam.
Bildiriblər ki, əsl pivənin dadını vermir, sadəcə oxşayır. Əvvəl deyirdilər ki, donuz əti olmadan kolbasa hazırlamaq mümkünsüzdür. Amma indi görürük ki, həqiqətən halal kolbasalar var”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev “Hacı pivəsi” kimi tanınan içkilərin tərkibində spirt olduğunu deyib.