2 İyun 2017 18:23
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dövlətinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimizin ikitərəfli geniş potensialları, eləcə də xalqlarımızın tarixi, dini və mədəni ortaqlıqları dövlətlərimizin qarşılıqlı mənafeyinə uyğun olaraq əməkdaşlıq münasibətlərimizin daha da genişləndirilməsi üçün misilsiz imkanlar yaradır.

Bu dəyərli imkanları nəzərə alaraq, əmin olduğumu bildirirəm ki, ölkələrimizin münasibətlərinin dərinləşdirilməsi istiqamətində böyük addımlar atmaqla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı mövcud ümidləri doğruldacağıq.

Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram”.


Müəllif: Teleqraf.com