29 İyul 2017 10:07
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.

DİM-dən Teleqraf.com-a verilən məlumata görə, bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.


Müəllif: Şəfiqə Nazimqızı