Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstitutunun rəhbəri Haluk Özənər yaxın zamanlarda Mərmərədə 7 baldan yuxarı zəlzələ olacağını açıqlayıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Haluk Özənər bütün elm adamlarının bu proqnozla razılaşdığını deyib.
O, zəlzələnin harada və təxminən neçə bal gücündə olacağını müəyyənləşdirməyin mümkünlüyünü dilə gətirib:
“Ancaq təəssüf ki, bugünkü texnologiya ilə konkret vaxt açıqlamaq imkanımız yoxdur”.
Haluk Özənər Bodrumdakı son hadisələrə toxunaraq iyulun 21-dən bəri 8 min zəlzələnin qeydə alındığını və bölgədə zəlzələnin bir müddət davam edəcəyini bildirib.