Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisas əlavə ediləcək.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 16-da imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinə 2017-2018-ci illərdə ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatına yeni ixtisaslaşma kimi “Gənclərlə iş” ixtisasının əlavə edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.