22 Sentyabr 2017 16:50
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:06

AAAF Park Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov hazırda Kosovadadır. Onun həbsi ilə bağlı yazılanlar əsasızdır.

Bu sözləri Axar.az-a açıqlamasında AAAF Park Yaşayış Kompleksinin mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Parkın ərazisindəki bütün obyektlərə Baş Prokurorluq tərəfindən həbs qoyulması, parkın rəhbərinin həbsi ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən deyib.

Onu sözlərinə görə, park ərazisindəki bütün obyektlər normal işləri ilə məşğuldur, heç bir obyektdə axtarış aparılmır:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda mən buradayam. Burada heç bir polis və prokurorluq işçisi araşdırma aparmır. Obyektlər də fəaliyyətini davam etdirir”.

K.Məstəliyevin sözlərinə görə, Tofiq Heydərov bir neçə gün öncə Bakıda olub:

“Tofiq müəllim hazırda Kosovadadır. Orada keçiriləcək yarışın açılışıdır bu gün. Tofiq müəllim də orada iştirak edir. Tofiq müəllimin hansısa dini setkanın üzvü olması ilə bağlı deyilənlər də əsassızdır. Həqiqəti əks etdirmir”.

Qeyd edək ki, AAAF Park Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edildiyi məlumatı yayılıb.

***

Baş Prokurorluq həbsi haqda məlumatı yayılan AAAF Park Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərov barədə açıqlama verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun verdiyi məlumata görə, bəzi KİV-lərdə AAAF Park Kompleksində prokururluq orqanları tərəfindən araşdırma aparılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Tofiq Heydərovun həbsi və kompleksdə prokurorluq əməkdaşları tərəfindən yoxlamanın aparılması barədə məlumatlar tərəfimizdən təkzib edilir", - E.Sultanov bildirib.

Qeyd edək ki, AAAF Park Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovun həbs edildiyi haqda mediada məlumat yayılıb.

Kompleksin mətbuat katibi isə prokurorluq orqanlarının deyil, məhkəmə icraçılarının AAAF Parkda inventarizasiya apardığını təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər