25 Sentyabr 2017 17:38
4 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “TV Sentr” telekanalında yayımlanan “Pravo qolosa” siyasi tok-şousunun ötən ilin aprel döyüşlərinin getdiyi günlərdə yayımlanan buraxılışları kimin yadındadır? İzləyənlərinin hamısının, elə deyilmi?

Həmin günlərdə aparıcı – Bakı ermənisi Roman Babayan Azərbaycanın və azərbaycanlıların ünvanına nələr demirdi, onları nələrdə ittiham etmirdi?! Azərbaycanlı iştirakçıların sözlərini kəsərək, çıxışlarına imkan verməyərək, əvəzində, Ermənistandan və qondarma Dağlıq Qarabağ rejimindən olan iştirakçılara gen-bol şərait yaradan həmin R.Babayan verilişin efirə gedən buraxılışında isə Azərbaycanı təmsil edən ekspertlərin çıxışlarını montaj edir, onların ermənilər və Dağlıq Qarabağ münaqişəsi barədə səsləndirdikləri tarixi faktlar kəsilərək efirə verilirdi.

Həmin R.Babayan bu dəfə fərqli ampluada zühur edib. O, verilişin bu gün çəkilən buraxılışı öncəsi Rusiya informasiya məkanında Azərbaycanın milli maraqlarını qoruyan siyasi şərhçi, jurnalist Fuad Abbasova jest edərək onunla bir neçə kəlmə Azərbaycan dilində danışıb.

Teleqraf.com Dağlıq Qarabağa dəfələrlə səfərlər etmiş, jurnalist etikasına zidd əməlləri ilə ad çıxarmış R.Babayanla bağlı sözgedən videonu təqdim edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər