2017-ci ilin I yarımilində hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevin mətbuatda dərc olunan məqaləsində qeyd olunur.
Hərbi prokuror bildirib ki, orduda nizam-intizamın bərpa edilməsi və cinayətkarlığa qarşı yönəlmiş mübarizə tədbirləri sayəsində əvvəlki dövrlərlə müqayisədə qeydə alınmış cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin, habelə hərbi cinayətlərin sayı kəskin surətdə azalıb:
“2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu ilin I yarımilində də hərbi xidmət əleyhinə cinayətlərin sayında azalma müşahidə edilib. Qeydə alınmış cinayətlərin 100 faizi açılması təmin olunub”.
Xanlar Vəliyev qeyd edib ki, 2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə təkcə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 12,5 faizi, fərarilik cinayəti 66,7 faizi, hərbi hissəni və xidmət yerini özbaşına tərk etmə cinayətləri 18,3 faizi azalıb: “Bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı, sağlam və işgüzar əlaqələrinin yaranması- nın, habelə mütəmadi olaraq təsdiq edilmiş birgə tədbirlər planı əsasında həyata keçirilən fəaliyyətin çox böyük əhəmiyyəti olub".