Bakı Modern Məktəbi MMC-nin ləğv olunduğu xəbəri yayılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında elan yer alıb.
Məlumata görə, Bakı Modern Məktəbi MMC ləğv olunduğunu elan edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, N. Nərimanov, Əliyar Əliyev 218 ünvanına bildirə bilər.
Bakı Modern Məktəbindən Teleqraf.com-a verilən məlumata görə, təhsil müəssisəsi bağlanmayıb: “Bakı Modern Məktəbi sadəcə adını dəyişib və Bakı Modern Təhsil Kompleksi olub. Burada beynəlxalq mərkəz, məktəb və məktəbə qədər hazırlıq fəaliyyət göstərir”.