11 Noyabr 2017 14:29
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Fəzail Bayramov və Yusif Səfərov küçələrini birləşdirən iki istiqamətli, dörd zolaqlı yolda aparılan təhlillər nəticəsində müəyyən çatışmazlığın olduğu müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhali şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə çıxmaq üçün yeni salınmış yoldan istifadə edə bilmir.

Bu səbəbdən hazırda alternativ olaraq Yusif Səfərov küçəsinə çıxmaq üçün Babək və Xocalı prospektlərindən istifadə edilir ki, bu da günün pik vaxtlarında adıçəkilən hər iki prospektdə nəqliyyat yükünü əhəmiyyətli dərəcədə artırır.

BNA mütəxəssislərinin hazırladığı həll planına əsasən, qeyd edilən ünvanda yaşayan sakinlərin Yusif Səfərov küçəsinə qısa vaxt ərzində rahat çıxışını təmin etmək və yeni salınmış yolun funksionallığını artırmaq məqsədilə Fəzail Bayramov küçəsinin Babək prospekti ilə kəsişməsinə çatmamış geriyə dönmə yerinin təşkil edilməsi təklif edilir.

Bu həll variantının reallaşması Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan əhalinin Yusif Səfərov küçəsinə rahat çıxışının təmin edilməsinə, yeni salınmış yolun funksionallığının artırılmasına, Babək, Xocalı prospektləri və Afiyəddin Cəlilov küçəsində nəqliyyat yükünün qismən azaldılmasına imkan verəcək.

Təklif baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim edilib.


Müəllif: Şəfiqə

Oxşar xəbərlər