23 Oktyabr 2018 08:46
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloqlar iddia edirlər ki, depressiya insan üçün “mühafizə rejimi”dir. Təhlükəli hallarda insan əlaqələrini kəsir, emosiyaları yox olur, aktiv sosial həyatdan uzaqlaşır, yeniliyə can atmır.

Teleqraf.com xəbər verir ki, bunu psixoloq Vəfa Əkbər deyib.

Onun sözlərinə görə, əksər hallarda depressiya ailədə bu vəziyyət baş verdiyi hallarda uşaqlara da keçir: “Çünki uşaqlar böyüklərin etdiklərini təkrarlayırlar. Məsələn, ananın əhvalı pisdir, yaşamağa həvəs yoxdur. Qızı qara paltar geyinir və hər şeyə qarşı mənfi münasibət göstərir. Buna görə də mütəxəssislər israr edirlər ki, doğmalar, yaxınlar depressiyada olan insanın sağalmasında yaxından iştirak etsinlər. Hətta “ailəvi psixoterapiya” adlı istiqamət də var”.

Yaxınlardan kimsə depressiyadadırsa, özünüzü necə aparmalıdır?
Vəfa Əkbər hesab edir ki, hər çatana əhvalınız haqda ətraflı danışıb depressiv vəziyyətinizi bir qədər də dərinləşdirməyə dəyməz: “Lakin pis əhvalınızdan utanmaq da lazım deyil. Yəqin ki, sizin belə vəziyyətinizi görən dost-tanışlar əylənməyi, gəzməyə getməyi təklif edəcəklər. Niyə də yox! Çalışın onların məsləhətlərinə qulaq asasınız. Lakin kədərinizi spirtli içkilərlə əvəz etməyə çalışmayın. Ən yaxşı üsullar kino, teatr, sərgilər, kitablar, dostlarla görüş və sairdir. Əgər depressiya 2-3 həftə ərzində keçmirsə, mütləq mütəxəssisə müraciət edin. Dərinə gedin, səbəbləri araşdırın və müalicə edin. Nəticəni əlinizdə bayraq etməyin. Hətta heç bir antidepressant yüz faizlik qarantiya vermir. Çalışın anlayasınız ki, sizə rahatlıq verməyən nədir? Unutmayın ki, həyatınızda hər şeyi yerbəyer etmək heç vaxt gec deyil”.

Psixoloqa görə, bəzən depressiya insan psixologiyası üçün çox önəmlidir: “Məsələn, yaxın insanı itirdikdə. Kədər - psixoloji müdafiənin təbii mexanizmidir. Bunun da bir neçə mərhələsi var. Əsas odur ki, asılı hala düşməyəsən. Sonra çıxmaq çətin olacaq. Əgər bu baş verərsə, həkimə müraciət etməlisiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər