16 Noyabr 2018 11:17
3 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev ötən gün işdən çıxarılan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov haqda paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, o, Abel Məhərrəmovun “caps”ını paylaşaraq “Varlığı ilə təhsil sisteminə ləkə gətirən tip” başlığını yazıb.

Bununla yanaşı, Faiq Ağayev özünün “Əldə bir qədəh şərab” adlı mahnısını yayımlayaraq keçmiş rektora söz atıb.

Xatırladaq ki, Abel Məhərrəmov ötən gün vəzifəsindən azad edilib.


Müəllif: Aygül Qarayeva