28 Avqust 2014 11:26
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ziya Məmmədovun qardaşı qızı dünyasını dəyişib.

Teleqraf.com oxu.az-a istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Bakı-Quba magistral yolunda baş verib. Nazirin qardaşı qızının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.

Qeyd edək ki, mərhum xanım nazirin Loğman adlı qardaşının qızıdır. Onun həyat yoldaşı “Garant Holding”in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.

Allah rəhmət eləsin!


Müəllif: