16 Yanvar 2019 15:44
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava şəraitin qeyri-sabit, temperaturun kəskin düşəcəyi günləri nəzərə alan "Azəriqaz" İstehsalat Birliyi bir sıra tədbirlər həyata keçirib.

Bunu Teleqraf.com-a “Azəriqaz” İstehsalat Birliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

O bildirib ki, birliyin “Çağrı Mərkəzi”nin 104 və 185 nömrəli “qaynar xətt”nin iş fəaliyyəti gücləndirilib: “O cümlədən, qeyd olunan günlərdə, respublika ərazisində qaz təczihizatını məhdudlaşdıracaq hər hansı planlı işlərin görülməsi nəzərdə tutulmur. Hansısa qəza hadisəsi istisna olmaqla, belə hal baş verərsə dərhal aradan qaldırılması məqsədilə "Azəriqaz" İstehsalat Birliyinin işçi heyəti lazımı avadanlıq və maşın mexanizmi ilə tam təchiz edilib.

Təbii ki, hava soyuduqca təbii qaza tələbat da artır. Buna görə də havaların qarlı-şaxtalı keçdiyi günlərdə tələbat artdıqca sərfiyyat da artırılacaq. Ötən günlərə nəzər salsaq iki günlə müqayisədə 628 kub metr təbii qaz sərfiyyatı üzrə artım var”.

“Azəriqaz” xüsusən havaların qarlı-şaxtalı keçəcəyi günlərdə bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmağı, ən əsası texniki-təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.

Qeyd edək ki, yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.


Müəllif: Aytən