21 Yanvar 2019 15:45
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən il Ukraynada 2 milyona yaxın insan qızılca virusuna yoluxub. Qonşu Gürcüstanda isə son iki həftə ərzində 300 nəfər bu virusa yoluxub.

Qeyd edək ki, “Rospotrebnadzor” son 1 ildə Avropada qızılca virusunun sürətlə yayılmağa başladığını açıqlayıb.

Hesabata görə, son 10 ildə Avropada qızılca virusunun yayılmasında misli görünməmiş artım baş verib. Nəticədə 37 ölüm faktı qeydə alınıb.

Virusun ən çox təsir etdiyi ölkələr isə Ukrayna və Gürcüstandır.

Hesabata görə, keçən il Ukraynada 1 milyon 849 min, Gürcüstanda 396 min, Monteneqroda 324, Yunanıstanda 261, Rumıniyada 84, Moldovada 77, Fransada 43, İtaliyada isə 42 nəfər qızılca virusuna yoluxub.

2019-cu ildə qızılca virusunun daha geniş bölgələrə yayılacağı ehtimalı da hesabata daxil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu