Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyanın iqtisadiyyat naziri Konstantin Nitsa ilə görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Eləcə də Rumıniyanın müdafiə sənayesi şirkətlərinin imkanları barədə məlumat verilib.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığı daha da inkişaf etdirmək üçün hər iki tərəfin geniş imkanlara malik olduğu xüsusi vurğulanıb.
BƏXTİYAR