7 Mart 2019 11:38
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Könül Xasıyeva oğlu Kazımın səhhətində yaranan problemlərlə bağlı Səhiyyə Naziri Oqtay Şirəliyevə müraciət edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan “Şou ATV” proqramında deyib. Xanəndə bildirib ki, övladının səhhəti get-gedə pisləşir:

“Deyirlər ki, suda boğulan saman çöpündən yapışar. Ora-bura gedirik. Arada nə qədər pul, zaman gedir. Özümü bir kənara qoyuram. Kazımın problemi getdikcə dərinləşir. Ona görə də çox hörmətli səhiyyə nazirimizə üz tuturam. Oqtay Şirəliyevdən xahiş edirəm, gedək yanına. Tibbi tərəfləri bilmirəm, nə lazımdır”.

Qeyd edək ki, xalq artisti Könül Xasıyeva uzun müddətdir onurğa xərçənginə tutulub. Xanəndə bir neçə dəfə əməliyyat olunub. Xalq artistinin 12 yaşlı oğlu Kazım Turetta sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb

Bir müddət bundan öncə isə Könül Xasıyeva müğənni Mətanət Əsədovanın ad günündə çıxışı zamanı həmkarları tərəfindən “şabaş” yağışına tutulmaqla gündəmi gəlib. Məclisdə bəziləri K.Xasıyevaya 100 dollar, bəziləri 100-200 manat bağışlayıb. Videoda pulları ovcunda saxlayan Könül Xasıyevanın kövrəldiyi və utandığı aydın sezilib. Sosial şəbəkələrə bu videoçarx izləyicilər tərəfindən etirazla qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər